Azərbaycanda sabiq millət vəkili koronavirusa yoluxdu

Milli Məclisin sabiq deputatı Yusif Bağırzadə yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

Axeber.az-ın əldə etdiyi məlumata görə, Y.Bağırzadənin koronavirus testinin nəticəsi müsbət çıxıb. O, müalicə üçün xəstəxanaya aparılacaq. 

Hazırda Y. Bağırzadənin səhhəti qənaətbəxşdir.