Külli miqdarda narkotik bitkiyə OD VURULDU 

İsmayıllıda külli miqdarda narkotik bitki məhv edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Cülyan kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 600 kiloqramdan artıq olan 522 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.