Bir daha təsdiqləndi: “Ölkənin inkişafı və vətəndaşların rifahı ən başlıca prioritetdir”

“Cənab Prezidentin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bölgələrə hər bir səfəri yaddaqlan, unudulmaz və tarixi bir səfər olur. Hər səfər yeni obyektlərin, müəssisələrin, yolların, körpülərin açılışları, tarixi məkanların yenidən qurulması və bərpası, inkişafa yönəlik yeni fərman və sərəncamların verilməsi ilə şərtlənir”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Deputatın sözlərinə görə, ölkə başçısının dünən və srağagünkü səfərləri mühüm məqamlarla yadda qaldı:



“İyunun 24-də ölkənin Qərb, Gəncəbasar bölgəsinə, ikinci böyük şəhərimizi Gəncəyə o cümlədən, Samuxa səfər edən ölkə Prezidenti və Birinci xanım bir sıra yeni obyektlərin açılışlarında iştirak etdi. Eyni zamanda tikintisi aparılan, davam etdirilən mühüm əhəmiyyətli obyektlərdəki işlərin mövcud durumu ilə yaxından tanış oldular.

Bu sıraya Dövlər Aqrar Universitetinin yeni tədris korpusunun, o cümlədən, 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun, tikinti materialları istehsalı zavodunun açılışını və sairi göstərmək olar.

Hər biri də olduqca vacib və mühüm əhəmiyyətli obyektlərdir. Xüsusilə də, indiki ağır pandemiya dövründə, az qala iqtisadiyyatın dayandığı bir məqamda bu cür obyektlərin tikilməsi, istifadəyə verilməsi ikiqat əhəmiyyətlidir. Bu, həm də dövlətinin gücünün, qüdrətinin, əzminin göstəricisidir.

Gəncənin inkişafına təkan verəcək 5 mühüm Sərəncamın verilməsi, büdcədən milyonlarla vəsaitin ayrılması özü böyük bir hadisədir. Azərbaycan dövləti, xüsusilə, dövlət rəhbəri bununla bir daha göstərmiş və təsdiqləmiş oldu ki, bütün situasiyalara baxmayaraq, inkişaf, tərəqqi, insanların, vətəndaşların rifahı ən başlıca prioritetdir”.

Millət vəkili bildirib ki, Prezidentin Gəncə səfərinin ən mühüm məqamlarından biri də pandemiya dövründə infeksion xəstəliklər korpusunun açılışını reallaşdırması, ölkə rəhbərinin tarixi nitq söyləməsidir:

“Həmin çıxış yalınız özünə, dövlətinə, xalqına sonunacan güvənən, arxalanan bir Liderin nitqidir. O çıxışda, tarixi nitqdə son zamanlar yaşanan məlum çətinliklərə, sıxıntılara baxmayaraq, Azərbaycanın inkişafa, gələcəyə nikbinliyi, heç nə qarşısında əyilməzliyi açıq şəkildə görünür. Dövlət başçısı həmin çıxışında bütün gerçəklikləri, reallıqları bir daha ortaya qoyraraq hər bir Azərbaycan vətəndaşını növbəti dəfə məsuliyyətə, həmrəyliyə çağırdı. Tibbi maskadan istifadə etməklə hər kəs yenə nümunə, örnək olduğunu göstərdi.
Bildirdi ki, yalnız məsuliyyətli davranışlarla, tibbi maska və əlcəklərdən istifadə etməklə, sosial məsafəni gözləməklə, bir xalq, bir dövlət olaraq, bu bəladan xilas ola, qurtula bilər”.