Sabiq baş məşqçi qocalar evində virusa yoluxdu

Argentina millisinin sabiq baş məşqçisi Karlos Bilardo koronavirusa yoluxub.
Lent.az -ın məlumatına görə, bu barədə 82 yaşlı mütəxəssisin qardaşı Xorxe Bilardo danışıb.
O bildirib ki, Karlos Bilardo qocalar evində bu virusa yoluxub və həkim nəzarətində təcrid olunub: "Pandemiya səbəbindən onu görə bilmirik, ancaq telefonla danışırıq. O, böyük bir reabilitasiya mərkəzindədir. Orada xəstələrə çox yaxşı qulluq edirlər".
Qeyd edək ki, Karlos Bilardo 1983-1990-cı illərdə Argentina millisini çalışdırıb.