Baş prokurorluqda uğurlu islahatlar davam etdirilir

Dövlət  başçısı  cənab  İlham Əliyev  yeni  Baş  prokuror  Kamran Əliyevi təyin etdikdən sonra  videoformatda onu  qəbul  edərkən  bir  sıra  tapşırıqlar  verdi.  Cənab  Prezidentin  əsas  tapşırığı  prokurorluq  orqanlarında  daha  geniş  miqyaslı  islahatlara  ehtiyyac  olması  ilə  bağlı  idi: “Hüquq-mühafizə  orqanlarında  daha  geniş  miqyaslı  islahatların  aparılması  başlıca  şərtdir.  Burada  sizin  üzərinizə  böyük  vəzifə  düşür  və  ümid edirəm  ki,  siz  bu  vəzifənin  öhdəsindən  gələcəksiniz.  İlk  növbədə  qanunun  aliliyi  tam  təmin  edilməlidir və  ədalətli  cəmiyyətin  qurulması  üçün  qanunun  aliliyi  başlıca  şərtdir.  Əfsuslar  olsun  ki,  biz istədiyimizə nail  olmamışıq,  o  cümlədən  hüquq-mühafizə  orqanları  tərəfindən  qəbul  edilmiş  qərarlar  bəzi  hallarda  qanuna  ziddir,  sosial  ədaləti  pozur,  insanları  haqlı  olaraq  narazı  salır  və  beləliklə  ümumi  işimizə böyük ziyan  vurur. 
Bunun  səbəblərindən  biri  qeyri-peşəkarlıq  ola  bilər,  ancaq  bəzi  hallarda  bunun  arxasında  hansısa  maraqlar,  şəxsi  təmənna  dayanır.  Bu gün  bütün  hüquq-mühafizə  orqanlarının  əməkdaşları  və  rəhbərləri  məni  eşidirlər.  Mənim  sözlərim  onlar  üçün  əsas  göstəriş  olmalıdır  ki,  Azərbaycanda  hüquq- mühafizə  sistemində  islahatlar  dərinləşsin  və  qanunun  aliliyi  təmin  edilsin”.


Prezident  islahatların  vacibliyinə  toxunarkən  kadrların  peşəkarlığını  önə  çəkib: “Kadrların  peşəkarlığı  da  daim  diqqət  mərkəzində  olmalıdır və  siz bu  məsələ ilə  ciddi  məşğul  olmalısınız. Bu gün fəaliyyətdə olan  kadrların  peşəkarlığının təkmilləşdirilməsi  üçün  əlavə  tədbirlər görülməlidir,  prokurorluq orqanlarına yeni  qəbul  ediləcək işçilər yüksək  peşəkarliğa  malik  olmalıdır. Çünki  bu  gün müstəqil  dövlətimizin  uğurlu yaşaması  və  möhkəmlənməsi  ilk  növbədə,  dövlətçiliyimizin  möhkəmləndirilməsi  ilə  bağlıdır”.

Azərbaycan  xalqının  ümumilli  lideri  Heydər  Əliyevin  siyasi  kursunun  və  strateji  inkişaf  konsepsiyasının  layiqli  davamçısı  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin  rəhbərliyi  ilə  həyata  keçirilən  hərtərəfli  əsaslandırılmış  müdrik  dövlət  siyasətinin,  yüksək  siyasi  iradəsi  və  dönməz  qətiyyəti  nəticəsində  uğurla  reallaşdırılan  sistemli  islahatlar  ölkəmizin  davamlı  və  dayanıqlı  inkişafını  təmin  etməklə  dövlətimizin  daha  da  qüdrətlənməsinə,  xalqımızın  rifahının  ildən  ilə  yüksəlməsinə  səbəb  olub.

Ölkəmizdə  hüquq  institutlarının  möhkəmləndirilməsi,  ədalət  mühakiməsinin  hayata  keçirilməsi  zamanı  insan  hüquq  və azadlıqlarının  etibarlı  təmin olunması  üzrə  fəaliyyətin  daha da təkmilləşdirilməsi  məqsədilə  məhkəmə  hüquq islahatlarının  dərinləşdirilməsi,  məhkəmələrin  və  prokurorluq  orqanlarının  işinin  müasir  dövrün  tələblərinə  və  beynəlxalq  standartlara  uyğun  təşkil  edilməsi  prosesi  sistemli  olaraq  davam  etdirilir.

Dövlət  başçısı  tərəfindən  2019-cu  il  aprelin  3-də  imzalanmış  “Məhkəmə-hüquq  sistemində  islahatların  dərinləşdirilməsi haqqında”  fərmanda  məhkəmələrin  fəaliyyətinin  müasur  tələblərə  uyğun  qurulması, onların fəaliyyətində şəffaflıq  və  açıqlıq  prinsiplərinin rəhbər tutulması, infrastrukturun təkmilləşdirilməsi və  məhkəmə  qərarlarının icra  mexanizmlərinin  müasirləşdirilməsi  istiqamətnidə verilən tövsiyyə tapşırıqlar məhkəmə-hüquq  sistemində  institusional  potensialın  gücləndirilməsinə  yönəlmiş  ardıcıl  tədbirlərin  davamı  olub.
Müasir  dövrün  çağırışlarına  cavab  verən, cəmiyyətdə  yüksək  nüfuza  malik  ədalət  mühakiməsinin  formalaşdırılması, o cümlədən  ədalət mühakiməsinin  keyfiyyətinin  və səmərəliliyinin  artırılması  məqsədi daşıyan  həmin  fərmanla  müəyyən  edilmiş  vəzifələrin  icrası  istiqamıtində  Azırbaycan  Respublikasının Baş Prokurorluğu  Ədliyyə  Nazirliyi  və  Ali  Məhkəmə  ilə  birgə  sistemli  tədbirlər  hazırlayaraq  həyata  keçirib.
Fərmanın  2-ci  bəndində  cəza  siyasətinin  humanistləşdirlməsi  və  cinayətlərin  dekriminallaşdırılması  üzrə  tədbirlərin  davam etdirilməsi  istiqamətində  dövlət  başçısının  tapşırıq və tövsiyələrinin  icrası ilə əlaqədar  Ali  Məhkəmə,  Baş  Prokurorluq  və  Ədliyyə  Nazirliyi  tərəfindən  Cinayət,  Cinayət-Prosessual  və  İnzibati  Xətalar  məcəllərinə  400-ə  yaxın  dəyişikliklər  edilməsi  haqqında  qanun  layihələri  hazırlanaraq  təqdim  edilib.

Fərmanla  məhkəmələrdə  dövlət  ittihamının  mudafiəsi  və protest  verilməsi  təcrübəsinin  mütəmadi təhlil edilməsi  və  fəaliyyətinin  keyfiyyətinin  artırilması  üçün  tədbirlərin  görülməsi  Baş  Prokurorluğa  tövsiyə olunmuş,  beynəlxalq  standartlar  və  xarici  dövlətlərin  təcrübəsi  öyrənilib.
Məhkəmələrdə  dövlət  ittihamının  müdafiəsini  həyata  keçirən  prokurorlar  arasında  qarşılıqlı  əlaqələrin  daha  səmərəli  təşkilinin  təmin  edilməsi,  əhalinin  prokurorluğa  müraciət  etmək  imkanlarının  asanlaşdırılması  maqsədilə,  Baş  prokurorun  24  fevral  2020-ci  il  tarixli  əmri  ilə  apelyasiya  instansiyası  məhkəmələrinin  ərazi  yuristiksiyasında  müvafiq  olaraq  Baş  Prokurorluğun  Dövlət  ittihamının  müdafiəsi  üzrə  idarəsinin  strukturunun  yenidən  təşkil  edilmiş  və  idarənin  tərkibində  Bakı,  Gəncə,  Sumqayıt,  Şəki, Şirvan  regional  şöbələri,  eləcə də Kassasiya  instansiyası  məhkəməsində  dövlət  ittihamın müdafiəsi  üzrə  və  ittihamın  təşkili  və  təhlili  şöbəsi  təsis  edilib.

Eyni  zamanda  sərəncamla  Baş  Prokurorluğun  ittihamının  müdafiəsi  üzrə  idarəsində  mövcud  vəzifələrin  yüksək  nəzəri  bilik  və  peşə  hazırlığı  ilə  fərqlənən  təcrübəli  prokurorluq  işçiləri  hesabına  yenidən  komplekləşdirilməsi  üçün  müsabiqə  elan  olunaraq  Ali Məhkəmə,  Məhkəmə  Hüquq  Şurası  və Hakimlərin  Seçki  Komitəsinin  nümayəndələrinin  də  iştirak  etdiyi  Müsabiqə  Komissiyası  yaradılmışdır.  Müsabiqə  nəticələrinə  əsasən  idarənin  prokuror  və  böyük  prokuroru  vəzifələrinə  təyinatlar  həyata  keçirilərək ştat tərkibi  44 faiz  yenilənmişdir.

Bununla  yanaşı,  qeyd  edilən  sahədə  elektron  xidmətlərin  tətbiqinin  genişləndirilməsi  və məhkəmələrdə dövlət itihamının  müdafiəsinin  səmərəliliyinin daha  da  artırılması  məqsədilə cinayət işlərinə  məhkəmələrdə  baxılmasının  nəticələrinin  elektronlaşdırılmasını  əhatə edən  “Elektron  ittiham”  proqramı  hazırlanaraq  istifadəyə  verilmişdir.

Həmçinin,  dövlət  ittihamının  müdafiəsi  və  protest  verilməsi  təcrübəsinin  mütəmadi  təhlil  edilməsi  və  fəaliyyətin  keyfiyyətinin  artırılması  üzrə  zəruri  tədbirlərin  görülməsi  davam  etdirilərək  3 aprel 2019-cu il tarixli  “Məhkəmə-hüquq  sistemində  islahatların  dərinləşdirilməsi  haqqında  “  Fərmanında  müəyyən  edilmiş  tapşırıq  və  tövsiyələrin  yerinə  yetirilməsinin  təmin  edilməsi  məqsədilə  Baş  prokuror  tərəfindən  müvafiq  sahəvi  əmrlər  imzalanmışdır.

Prokurorluq  orqanlarının  cəmiyyətdə  formalaşan  yeni  çağırışlara  adekvat  uyğunlaşması  və  fəaliyyətində  şəffaflığın  təmin  edilməsi,  işin  çevikliyinin  və  səmərəliliyinin  artırılması,  müasir  dövrün  tələblərinə  cavab  verən  peşəkar  formalaşdırılması  məqsədilə  Prezident  İlham  Əliyevin  2020-ci  il 10  iyun  tarixli  Sərəncamı  ilə  Azırbaycan  Respublikası  Baş  Prokurorluğunun  yeni  strukturu  təstiqlənmişdir.

Sərəncamla  Baş  Prokurorluğun  strukturu  mahiyyətcə  tamamilə  yenidən  formalaşdırılaraq  daha  çevik, mobil  və  dinamik  idarəetməyə  malik  idarələr  yaradılmış,  idarə  və  şöbələrin  sayı  15-dən 18-ə çatdırılmışdır.  Həmçinin  idarəetməyə  nəzarət  mexanizminin  optimallaşdırılması  məqsədilə  Baş  prokurorun  əlavə  müavini  vəzifəsi  təsis  edilmiş,  Baş  Prokurorluğun  Ağır  cinayətlərə  dair  işlər  üzrə  istintaq  idarəsi  ilə  Bakı  şəhər  prokurorluğunun  İstintaq  idarəsi  birləşdirilərək  Baş  Prokurorluğun  İstintaq  idarəsi  yaradılmışdır.

Bundan  başqa,  Baş  Prokurorluğun  bazi  idarələri  ləğv  edilərək  onların  bazasında  Təşkilat  və  icraya  nəzarət,  xidməti  araşdırmalar,  Beynəlxalq  hüquqi  əməkdaşlıq,  Hüquqi  təminat  və  insan  hüquqları,  Kriminalistika  və  informasiya  texnologiyaları,  Sənədlərlə  və müraciətlərlə  işin  təşkili idarələri  təsis edilmişdir.

Bundan  başqa, mərkəzi  aparatın yeni Cinayət təqibindən  kənar  icraatlar və Xüsusi müsadirə  məsələlərinin  əlaqələndirilməsi  idarələri  yaradılmışdır.
Dövlət  başçısının  göstərişlərindən  irəli  gələn  vəzifələrin  yerinə  yetirilməsi,  islahat  tədbirlərinin  eyni  intensivliklə  davam  etdirilməsi,  fəaliyyət  istiqamətləri  üzrə  işin  keyfiyyətinin  yüksəldilməsi,  müasir  iş  metodlarını  tətbiq  etməyə  qadir  olan  kadr  korpusunun  formalaşdırılması,  eləcə  də  prokurorluq  orqanlarında  funksional  idarəetmənin  səmərəliliyinin  artırılmsı  məqsədilə  kadr  korpusunun  sağlam  mənəviyyata və yüksək  peşəkarlığa  malik  müasir dünyagörüşlü işçilərlə  komplektləşdirilməsi  istiqamtində işlər  davam  etdirilir.

Azərbaycan  Prezidentinin  imzaladığı  sərəncamla  Heydər Məmmədov Baş  prokurorun müavini vəzifəsinə  təyin  olunub.  Baş  prokurorun  imzaladığı  müvafiq  əmrlərlə  Nemət  Əvəzova  yeni  yaradılmış  Baş  Prokurorluğun  İstintaq  idarəsinin  rəisi  vəzifəsinin  icrası  həvalə  edilib.  Natiq  Abdullayev  Baş  Prokurorluğun  Daxili  İşlər  orqanlarının  istintaq,  təhqiqat  və  əməliyyat-axtarış  fəaliyyətində  qanunların icarsına  nəzarət  idarəsinin  rəisi,  Elşən  Abbasov  Təşkilat  və icraya  nəzarət  idarəsini rəisi, Natiq Hüseynov Kadrlar  idarəsinin  rəisi,  Kamal  Qılıcov  Xidməti  araşdırmalar  idarəsinin  rəisi,  Murad  Dadaşov  Kriminalistika  və  informasiya  texnologiyaları  idarəsinin  rəisi,  Anar  Məmmədov  Baş  prokuror  yanında  Korrupsiyaya  Qarşı  Mübarizə  Baş  İdarəsinin  rəis  müavini,  Sərdar  İmanov  isə  Xətai  rayon  prokuroru  vəzifələrinə  təyin  olunublar.

Həmçinin  uzun  illər  Baş  Prokurorluğun  Mətbuat  xidmətinin  rəhbəri  işləmiş  Eldar  Sultanov  tutduğu  vəzifədən  azad  edilərək  Baş  Prokurorluğun  Sənədlərlə  və  müraciətlərlə  işin  təşkili  idarəsinin  rəisi  vəzifəsinə  təyin  olunub.  Günay  Səlimzadəyə  isə  Baş  Prokuroluğun  Mətbuat  Xidmətinin  rəhbəri  vəzifəsi  həvalə  edilib.

İnanırıq ki,  Azərbaycan  Respublikasının  prokurorluq  orqanları  bundan  sonra  da  fəaliyyətini dövlət başçısı tətəfindən  göstərilən  etimada  layiq  səviyyədə  qurmaqla,  qanunun  aliliyinin  təmin  edilməsi,  insan  hüquq  və  azadlıqlarının  etibarlı  müdafiəsi  istiqamətində  üzərinə  düşən  vəzifələri  daha  da  məsuliyyətlə  yerinə  yetirərək,  cinayətkarlığa  qarşı  ciddi  və  səmərəli  mübarizə  tədbirlərinin  həyat  keçirilməsini  təmin  edəcəkdir.

Xaqani Ibrahimov