Azərbaycanda bank sədri koronavirusdan öldü - FOTO

“Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin sədri Doğan Tandoğan vəfat edib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, o, koronavirusdan ölüb.
D.Tandoğanın bir həftə reanimasiyada qaldıqdan sonra vəfat etdiyi bildirilir.
Xatırladaq ki, D.Tandoğan 2016-cı ildən bankın İdarə Heyətinin sədri olub.