Kənddən liderə məktub: “Fəxr edirəm ki, Sizin kimi uzaqgörən Prezidentimiz var”

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.
Ağcabədi rayonunun Kəbirli kəndindən Fazil Orucovun dövlət rəhbərinə məktubunda bildirilir:

“Möhtərəm cənab Prezident, iyun ayının 3-də Ağcabədi rayonuna səfəriniz ailəmizin böyük sevinc və iftixarına səbəb oldu. Səfərdən dərhal sonra Ağcabədi rayonunun 14 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsinə yol çəkilməsi və Sarıcalı kəndində 360 yerlik məktəb binasının tikilməsinə dair verdiyiniz sərəncamlar cəbhə bölgəsi və Qarabağ torpağı olan Ağcabədi rayonuna diqqət və qayğınızın təzahürüdür. Cənab Prezident, biz hər zaman Sizi dəstəkləmişik və Sizinlə fəxr etmişik, bundan sonra da belə olacaq. Bizim Sizi dəstəkləməyimizin səbəbi xalqımızın rifahının yaxşılaşdırılması üçün yürütdüyünüz ardıcıl siyasətdir. Bunu yalnız Vətən xainləri görməyə bilərlər. Dünyada tüğyan edən koronavirusla əlaqədar xalqımızın sağlamlığının qorunması üçün verdiyiniz qərarlar biz vətəndaşlara olan sevginizin bariz nümunəsidir. Mən fəxr edirəm ki, Sizin kimi uzaqgörən Prezidentimiz var. Allah Sizi qorusun, Azərbaycan xalqına çox görməsin!”.