Taksi fəaliyyətinə icazə verilən maşınların sayı AÇIQLANDI

Dövlət Avtomobil Nəqliyyatı Xidməti pandemiya dövründə fəaliyyətinə icazə verilən taksilərin sayını açıqlayıb.
Qurumdan "Sherg.az"a verilən məlumata görə, karantin rejimində taksi xidmətləri üzrə 6224 nəqliyyat vasitəsinin fəaliyyətinə icazə verilib:
"Avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşıma fəaliyyətinə buraxılış, həmçinin bu sahədə verginin ödənilməsini təsdiq edən “Fərqlənmə nişanı” sənədinin “Azərpoçt” MMC-nin rayon və şəhər şöbələrində verilməsi prosesi təşkil olunub. Eyni zamanda, xüsusi karantin rejimində taksi xidmətləri üzrə 6 min 224 və ölkədaxili yük daşımaları üzrə 6 min 332 nəqliyyat vasitəsi haqqında məlumatlar operativ qaydada tərəfimizdən “icazə.e-gov.az” portalına daxil edilib".