Qazaxda minik avtomobili aşdı: Xəsarət alanlar var

Qazaxda yol nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Ürkməzli kəndində qeydə alınıb. 
Hərəkətdə olan “Opel” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı 23 yaşlı üç nəfər - Allahverdiyev Natiq, Osmanov Amil, Alıyev Təyyar xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.