Mikayıl Cabbarov İranın İqtisadi İşlər və Maliyyə naziri ilə onlayn görüş keçirib - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə naziri Fərhad Dejpəsənd arasında videokonfrans formatında görüş keçirilib.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin mövcud durumu, əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı müzakirələr aparılıb.