ABŞ-da son sutkada koronavirusdan 1341 nəfər öldü

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 44 204 yoluxma halı qeydə alınıb, 1 341 nəfər vəfat edib.
APA-nın xəbərinə görə, ABŞ-da indiyədək COVID-19-a yoluxanların sayı 5 657 561 nəfərə çatıb.
Ölkədə infeksiyadan ölənlərin sayı 175 119 nəfərdir.
ABŞ-da COVID-19-dan sağalanların sayı 3 milyonu ötüb.