Tankçılarımız “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirir

Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız birinci divizionun ilk yarışına hazırlıqlarını davam etdirir.
Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, tank heyətləri və texniki dəstək qrupu tərəfindən yarışda istifadə olunacaq döyüş maşınlarına baxış keçirilib.
Heyətlərimiz döyüş maşınlarını yoxladıqdan sonra, tankın ştat silahlarından yoxlama atışları da icra ediblər.