Karantində övladına toy edən keçmiş deputat MƏHKƏMƏ QARŞISINDA - YENİLƏNİB

Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün məhkəmə qarşısına çıxarılıb.
APA-nın məlumatına görə, İ. Əliyev və R. Mustafayev Abşeron Rayon Məhkəməsinə gətirilib.
Məhkmə karantin qaydalarını pozduqlarına görə onların barəsində qərar verəcək.

***

11.50

Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün məhkəmə qarşısına çıxarılacaq.

APA-nın məlumatına görə, məhkəmə karantin qaydalarını pozduğuna görə İ. Əliyev və R. Mustafayev barəsində qərar verəcək.

Qeyd edək ki, keçmiş deputat İlham Əliyevin Operativ Qərargahın və hökumətin qərarına zidd olaraq karantin günlərində övladına toy etməsi ictimaiyyətin kəskin narazılığa səbəb olub. Vətəndaşlar həm mətbuatda, həm də sosial şəbəkələrdə bu addımı kəskin pisləyib, bu əmələ yol verənlərin cəzalandırılmasının vacibliyini vurğulayıblar.

Əlavə edək ki, İ.Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.