Muğam ifaçısı vəfat edib

Muğam ifaçısı Həbib Rəhimov dünyasını dəyişib.
Lent.az xəbər verir ki, xanəndə geniş tamaşaçı kütləsinə o qədər də tanış olmasa da sənətinin peşəkarı olub.
Uzun illər "Azkonsert"in solisti kimi fəaliyyət göstərib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Xanəndə uzun müddət xəstə yatandan sonra dünyasını dəyişib.