Lalə Şövkət reanimasiyaya yerləşdirildi

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət bu gün cərrahiyyə əməliyyatı olunub, əməliyyat uğurlu keçib.
Bu barədə APA -ya açıqlamasında Lalə Şövkətin oğlu Sidqi Şövkət bildirib.
S.Şövkətin sözlərinə görə, hazırda Lalə Şövkət reanimasiyadadır: “Vəziyyəti protokola uyğundur”.
Qeyd edək ki, Lalə Şövkət yoğun bağırsağında olan şişdən əziyyət çəkirdi.