Erməni əsgəri öldü

Ermənistanda əsgər ölüb.
APA-nın Sputnik.ru-ya istinadən verdiyi xəbərə görə, hadisə Ermənistandakı hərbi hissələrdən birində baş verib.
Huşunu itirən 2001-ci il təvəllüdlü Xaçik Bağdasaryan hospitala yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.