Güclü yağış Yevlax rayonunda fəsadlar törədib


Avqustun 22-i axşam saatlarından avqustun 23-ü saat 11-dək yağan güclü və aramsız yağış Yevlax rayonunun yaşayış məntəqələrinə ziyan vurub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bozdağdan gələn sel suları rayonun Xanabad və Əkşəm kəndlərində sakinlərin həyətlərinə dolub, təsərrüfatlarına və əmlaklarına ziyan vurub. Yevlax rayon rəhbərliyi, fövqəladə hallar komissiyasının üzvləri və aidiyyəti qurumların nümayəndələri həmin kəndlərdə olub, əraziyə texnikalar cəlb edilib. Hazırda selin qarşısının alınması, dəyən ziyanın dəqiqləşdirilməsi və aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.