Deputat həmkarının istefasından DANIŞDI:“Siyavuşa hörmətim artdı” 

“Bu, digər məmurlara da nümunə olmalıdır”

Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası İcra katibinin müavini vəzifəsindən istefa verib.
O partiyanın Sədri cənab İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş edib.

 

Siyavuş Novruzovun bu addımı barədə  millət vəkili, Vəhəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı “Sherg.az”a danışıb: 
“Bu addımı çox müsbət qarşılayıram. Siyavuş müəllimə hörmətim artdı.  Xüsusilə hakimiyyətdə olan partiya nümayəndəsinin belə bir addım atması təqdirəlayiqdir. Bu, digər məmurlara da nümunə olmalıdır”.