Bakıda güclü kişilərin yarışı keçiriləcək - FOTO

Azərbaycanda Strongmen (Güclü Kişilər) idman növü üzrə açıq havada Azərbaycan çempionatı keçiriləcək.
Oxu.Az-ın xəbərinə görə, yarış Azərbaycan Strongmen Federasiyasının təşkilatçılığı ilə 12-13 sentyabr tarixlərində Bulvarın Su İdmanı Sarayının qarşısındakı hissədə baş tutacaq.
Yarış üç hərəkət üzrə keçiriləcək: Strongmen, Bench Press (uzanıb ağırlıqqaldırma) və Strict Curl (divara söykənərək ağırlıqqaldırma). Strongmenin özü də üç hərəkətdən ibarət olacaq: Log Lift (ağırlığı başı üzərinə qaldırıb saldırma), Deadlift (ağırlığı qurşağa qaldırma) və oturaraq maşındartma.
Qeyd edək ki, çəki ölçmə mərasimi sentyabrın 10-da saat 10:00-dan 21:00-dək keçiriləcək. İştirakçılar çəkilərini təsdiqlətmək üçün Nərimanov rayonundakı Sərhəd Qoşunları binasına gəlməlidirlər.