Erməni diversantın üzərindən götürülən ləvazimatlar

Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində təxribat törədən Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandirinin üzərində bir sıra hərbi ləvazimatlar və şəxsi əşyalar aşkar olunub.
Bu barədə "Sherg.az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Erməni diversiya qrupunun komandiri baş leytenant Qurgen Alaverdyanın üzərindən götürülən əşyalar ictimaiyyətə təqdim edilib.