Türkiyədə sel qurbanlarının sayı 8-ə çatıb - YENİLƏNİB-3

Türkiyənin Giresun vilayətin baş vermiş təbii fəlakət nəticəsində ölənlərin sayı artıb.
APA "Anadolu"ya istinadən xəbər verir ki, ölkənin Daxili İşlər naziri Süleyman Soylu sel fəlakəti nəticəsində bu günədək 8 nəfərin dünyasını dəyişdiyini bildirib. Buna qədər 7 nəfərin öldüyü deyilirdi.

***

23 avqust, Saat 17:20

Türkiyənin Giresun vilayətində baş verən sel fəlakətində qurbanların sayı 5 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirib.

Nazir deyib ki, itkin düşən 11 nəfərin axtarışı davam edir. Selin törətdiyi fəsadlar səbəbindən bağlanmış 118 kənd yolundan 20-i də artıq açılıb.

S.Soylu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birbaşa təlimatı ilə bölgədə xilasetmə işlərinin davam etdirildiyini nəzərə çatdırıb.

***

Saat 13:15

Türkiyənin Giresun vilayətində baş verən sel fəlakətində qurbanların sayı 4 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.

Nazir deyib ki, bir jandarma və 3 mülki şəxsin cəsədi tapılıb, 11 nəfər itkin düşüb. Hazırda selin törətdiyi fəsadlar səbəbindən 118 kənd yolu bağlıdır.

***

Saat 10:12

Türkiyənin Giresun vilayətində sel suları 3 nəfərin ölümünə səbəb olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirib.

Nazir deyib ki, sel fəlakətində ölənlərdən biri jandarma işçisidir. Eyni zamanda 5-i jandarma işçisi olmaqla, 12 nəfər də itkin düşüb

Bundan başqa, ümumilikdə 40–dək insanın da həyatının təhlükədə olduğunu bildirən S.Soylu xilasedici heyətin onları xilas etməyə çalışdığını söyləyib.

Qeyd edək ki, avqustun 22-si yerli vaxtla saat 15.00-dan Giresunun Dereli rayonunda  başlayan leysan yağışları nəticəsində Aksu çayı daşıb, sel və sürüşməyə yol aşıb.

***

Saat 03:07

Türkiyənin Girəsun vilayətinə sel gəlib, 1 nəfər ölüb, 5 nəfər isə itkin düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Girəsun bələdiyyə sədri Halil Çetin məlumat yayıb.

Bələdiyə sədri deyib ki, aramsız yağan leysan yağışlarından sonra Girəsunun bir çox rayonlarında çay daşqınları baş verib, təbii fəlakət nəticəsində xeyli ərazi su altında qalıb, əhali arasında biri ağır olmaqla yaralananlar var.