Altı koronavirus xəstəsinə cinayət işi açıldı - RƏSMİ

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.  
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda qeyd olunub.
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 30-da respublika ərazisində səkkiz nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib. Onlar saxlanılaraq yaşadıqları evlərə qaytarılıb.

Altı nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.