“Zəfərə gedən yol” adlı yeni layihəyə başlanılıb


“Mingəçevir Gənclər Evi” sosial xidmət müəssisəsi və "İşıqlı Gələcək" GİB-in təşkilatçılığı ilə "Zəfərə gedən yol" adlı yeni layihəyə start verilib.

“Mingəçevir Gənclər Evi”ndən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində Vətən müharibəsində iştirak edən qəhrəman əsgərlərimizin döyüş yolunu onların özündən dinləyəcək və təəssüratlarını öyrənəcəksiniz.

Layihənin əsas məqsədi Vətən müharibəsində xalqımıza qələbə bəxş edən qəhrəmanlarımızı gənc nəslə tanıtmaq, onların qəhrəmanlarımız haqqında dərin biliyə sahib olması, vətənpərvər ruhda böyüməsi, dövlətçilik ənənələrinə sadiq qalması, qazandığımız zəfərin nəyin bahasına əldə edildiyini bilməsi, bu zəfər və əsgərlərimizlə daim qürur duymalarıdır.