“Məmurluq institutu təkmilləşdirilsin” – Bürokratiyaya son !

“Bütün mənalarda rüşvətxorluq, korrupsiya, bürokratiya bizim inkişaf etmiş dövlətimizə zidd faktorlardır”

 “Məmurlar xalqa xidmət göstərilməlidirlər”

“İslahatlar aparılmalıdır, ən peşəkar kadr korpusunu yaratmalıyıq”

Azərbaycanda cərəyan edən ictimai-siyasi  proseslərdə kadr islahatları böyük maraqla izlənilir. Artıq bir neçə ildir ki, ölkəmizdə bu sahədə ciddi tədbirlər görülür. "Rüşvətxor məmur" anlayışının aradan qalxması üçün ölkə başçısı qanunverici və icraedici orqanlarda kardinal struktur və kadr dəyişiklikləri aparır. 

Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə də yenidən bu məsələyə toxunub. İlham Əliyev qeyd edib: “Kadr islahatları davam etdirilir”. 

Artıq Azərbaycan yeni idarəetmə modelinə keçid edir. Bu yeni idarəetmə modeli, kadr və struktur islahatları  ölkəmizdə nə vəd edir? 

Bu barədə "Sherg.az"a danışan Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni deyib ki,kadr islahatları bizim üçün əhəmiyyətlidir:

" Ölkə prezidenti 2018-ci il prezident seçkilərindən sonra genişmiqyaslı islahatlar, xüsusən kadr islahatları aparır. Qarşıya qoyduğumuz məqsəd və vəzifələrə nail olmaq istəyiriksə, kadr islahatları bizim üçün vacibdir.

Öncə, Mədəniyyət naziri Anar Kərimovu MQF-nin adından təbrik edirəm.
Prezident təkcə Mədəniyyət naziri qarşısına nə qədər böyük kompleks tədbirlər qoydu.

İnanırıq ki, yeni nazir bu işlərin öhdəsindən gələcək.
Bu gün XXI əsrin müharibəsini apara biliriksə, demək bütün sahələrdə müasir metodologiyadan istifadə edərək idarəetməni, ümumiyyətlə, məmurluq institutu təkmilləşdirilməlidir. Bu islahatlar aparılmalıdır, ən peşəkar kadr korpusunu yaratmalıyıq. Bürokratik əngəllərə son qoyulmalıdır".

R.Zeyni bildirib ki, bütün mənalarda rüşvətxorluq, korrupsiya, bürokratiya bizim inkişaf etmiş dövlətimizə zidd faktorlardır:

“Məmurlar xalqa xidmət göstərilməlidirlər”.

Aygün Tahirqızı