3-cü sinif şagirdindən Ali Baş Komandanın çağırışına dəstək: ““YAŞAT” ki, yaşayasan!”

Məlum olduğu kimi, 8 Prezident İlham Əliyev 8 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında fərman imzalayıb. Ölkə başçısının təşəbbüsü ilə “YAŞAT” Fondunun yaradılması cəmiyyətdə böyük məmnunluqla qarşılanıb. Artıq bundan sonra nəinki ölkə vətəndaşları, hətta Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımız da “YAŞAT” Fonduna vəsait köçürməklə, şəhid ailələrinə dəstək ola biləcəklər.
Son bir ildə media və sosial şəbəkələrdəki aktivliyi ilə diqqət çəkən 3-cü sinif şagirdi İmranlı Zəhra Ayaz qızı, ölkə başçısının “YAŞAT” Fondu ilə bağlı təşəbbüsünə dəstək məqsədi ilə maraqlı şeir səsləndirib. Müəllifi olduğu şeirdə “YAŞAT” Fondunun önəminə diqqət çəkən Zəhra İmranlı, vətəndaşları Fonda dəstək olmağa, onun fəaliyyətində yaxından iştirak etməyə səsləyib. Zəhra İmranlının ““YAŞAT” ki, yaşayasan” şeirini oxuculara təqdim edirik.