Qaradağdakı şəhid məzarlarının köçürülməsi başa çatdı - FOTO


Qaradağ rayonu ərazisində dəfn olunan 18 şəhidin məzarlarının Yasamal rayonu ərazisindəki Şəhidlər Xiyabanına köçürülməsi prosesi başa çatıb.

Sherg.az  qafqazinfo-ya istinadən xəbər verir ki, məzarların köçürülməsi prosesi din xadimlərinin və şəhidlərin yaxınlarının iştirakı ilə icra edilib.

Qeyd edək ki, Bakının Yasamal rayonundan olan şəhidlərin Qaradağ rayonu ərazisində dəfn olunmasına etiraz edən valideynlərin müraciəti araşdırılaraq, dünən günorta saatlarında öz həllini tapıb.