Professor: “Palçıq vulkanları Azərbaycanda turizmin inkişafına səbəb ola bilər”


Yanvarın 23-də Şamaxı rayonunun Quşçu kəndi ərazisində palçıq vulkanı püskürüb. Yerli sakinlər püskürmədən əvvəl ərazidə güclü uğultu səsi eşidiblər.

Palçıq vulkanlarının Azərbaycan üçün əhəmiyyəti haqqında Sputnik Azərbaycan-a danışan Xəzər Araşdırmaları Mərkəzinin rəhbəri, professor Çingiz İsmayılov deyir ki, belə vulkanlar dünyada çox geniş yayılmayıb:

“Bu baxımdan vaxtilə palçıq vulkanları ilə bağlı məsələlər qaldırılmışdı, lakin yetərincə təbliğ olunmadı. Xüsusən turizm marşrutlarında bu qeyri-adi təbiət obyektləri seçilə bilər. Bu, Qafqaz bölgəsində yeganə təbii abidələrdəndir ki, təkcə Azərbaycanda mövcuddur. Bu baxımdan palçıq vulkanları Azərbaycanda turizm sektorunun inkişaf etdirilməsi üçün əlavə imkanlar yarada bilər”.