İki korpus komandiri ehtiyata buraxıldı – RƏSMİ + FOTO

Azərbaycanda iki general ehtiyata buraxılıb.
Oxu.Az bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat əldə edib.
Məlumata əsasən, Müdafiə naziri Zakir Həsənovun imzaladığı əmrlə 3-cü ordu korpusu – Şəmkir hərbi birləşməsinin komandiri, general-mayor Xəqani Cəbrayılov ehtiyata buraxılıb.


Digər əmrlə 4-cü Ordu korpusunun – Bakı hərbi birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov ehtiyata buraxılıb.



Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə hər iki generalın vəzifəsindən kənarlaşdırılması barədə məlumatlar yayılmışdı.