Niyə Türkiyə İraqda, Suriyada və Liviyada mövcuddur? -TƏHLİL 

2003-cü ildə İraqın ABŞ tərəfindən işğal edilməsindən sonra Yaxın Şərqdə və dünyada vəziyyət dəyişməyə başladı. Bu dəyişim Türkiyəyə də öz təsirini göstərdi. Həmin dövürdə Türkiyədə yenicə hakimiyyətə gələn Rəcəb Tayyib Ərdoğan höküməti Türkiyənin xarici siyasət strategiyasını vəziyyətə uyğun olaraq yenidən formalaşdırmağa başladı. Türkiyənin xarici siyasət strategiyasında ən önəmli yeri qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması, sərhədlərinin təhlükəsizliyini təmin etmək məsələsi tuturdu. Bütün bu kriteriyaları nəzərə alaraq demək olar ki, Türkiyənin yerləşdiyi regionun olduqca həssas region hesab olunur. Uzun illərdir ki, ölkənin cənub-şərq əyalətlərində PKK terror təşkilatı terror aktları törədir, günahsız insanları ödürür. Təbii ki, bu da Türkiyə üçün böyük problemlər yaradı.

Türkiyədə yenicə hakimiyyətə gələn hökümət üçün ən vacib məsələlərdən biri PKK terrorunun kökünü kəsmək və Türkiyənin sərhədlərinə yaxın regionlarda təhlükəsizliyi tam təmin etmək idi.

İraqdakı hakimiyyət boşluğundan istifadə edən PKK terrorçular İraqın şimalında Mosul və Kərkük şəhərlərini ələ keçirib türkmənlərə qarşı qətliamlar törətməyə başladılar.

Türkiyə bu qətliamların qarşısını almaq məqsədi ilə 21 fevral 2008-ci ildə İraqın şimalında hərbi əməliyyatlara başladı. Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı bir neçə dəfə əməliyyat keçirib.Hal hazırda Türk Silahlı Qüvvələrinin Şimali İraqda hərbi bazası var.

2010-2011-ci illərdə baş vermiş “Ərəb baharı”-ndan sonra Suriyada vəziyyət gərginləşdi. Terror, qarşıdurma və vətəndaş müharibəsi Suriyanın parçalanmasına səbəb oldu. İŞİD terror qruplaşmasının Suriyada və İraqda etdiyi kütləvi qətliamlar nəticəsində 5milyona qədər suriya vətəndaşı ölkəni tərk etdi və onların 4 milyondan artığı Türkiyədə məskunlaşdı.

Türkiyə Silahlı Qüvvələri Suriyadakı terror qruplaşmalarının məhv etmək və Suriyadan Türkiyəyə qaçqın axınının qarşısını almaq məqsədi ilə 24 avqust 2016-cı ildə Suriyanın şimalında hərbi əməliyyatlara başladı. Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Suriyanın Şimalında Afrin, Əl-Bab, Cerablus, Rajo, Tel Abyad və digər şəhərlərini əhatə edən 9 min km2 əraziyə nəzarət edir və həmin ərazilərdə 2,3 mln suriyalı yaşayır. Türkiyə Silahlı Qüvvələri bir neçə dəfə Suriyanın şimalında əməliyyatlar keçirib. Hal hazırda Türkiyə Silahlı Qüvvələrinin Şimali Suriyada hərbi bazası mövcuddur.

“Ərəb baharı”nın baş verdiyi digər ölkə Liviya oldu. Liviyada başlayan vətəndaş müharibəsi nəticəsində 42 il hakimiyyətdə olmuş M.Qəddafi devrildi və öldürüldü.

M.Qəddafinin devrilməsində sonra vətəndaş müharibəsi ölkəni cəginə aldı və nəticədə bəzi şəhərləri xaraba qoydu. Liviyada vəziyyət daha da pisləşdi.

Liviya faktiki olaraq üç hissəyə bölündü və üç ayrı idarəetmə yaradıldı. Bu idarəetmələr Dövlət Ali Şurası,Milli Konsensus Höküməti və Nümayəndələr Palatasıdır.

Yaranmış gərgin vəziyyətdən çıxmaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün Fayiz-əs Sərracın başçılıq etdiyi Milli Konsensus Höküməti Türkiyə Silahlı Qüvvələrini ölkəsinə dəvət etdi. Hal hazırda Türkiyə Silahlı QüvvələriBMT tərəfindən Liviyada qanuni hökümət kimi tanınmış Fayiz-əs Sərracın başçılıq etdiyiMilli Konsensus Höküməti ilə birgə terrorçulara, xüsusilə də Xəlifə Həftərin qüvvələrinə qarşı birgə mübarizə aparır. 

Heç şübhəsiz ki, Türkiyənin İraqda, Suriyada və Liviyada mövcudluğu adıçəkilən ölkələrdə stabilliyin yaranmasına və təhlükəsizliyin təmin olunmasına güclü təsir göstərir. Apardığımız araşdırmalardan və təhlillərdən belə sual yaranır.

Türkiyənin bu ölkələrdə mövcudluğu regiona necə təsir edir? İstər İraqda,istər Suriyada,istərsə də Liviyada Türkiyənin mövcud olması adıçəkilən ölkələrdən Avropa və dünyanın digər dövlətlərinə qaçqın axınının qarşısı alındı.

Türkiyə Silahlı Qüvvələrinin mövcud olduğu regionlar terrorçulardan tamamilə təmizləndi.Həmin ərazilərdən qaçqın düşmüş minlərlə insan öz yurdlarına qaytarıldı. 

Hadisələrin gedişi onu göstərir ki, Türkiyə artıq adıçəkilən ölkələrdə mövcuddur və ordu regionda vəziyyəti nəzarətdə saxlayır.Türkiyə Silahlı Qüvvələrinin İraqın və Suriyanın şimalında apardığı ardıcıl və qətiyyətli əməliyyat nəticəsində bölgə terrorçulardan təmizlənməyə başladı. PKK, YPG, İŞİD və digər terror qrupları məhv edildi.

İstər İraqda, istər Suriyada, istərsə də Liviyada Türkiyənin apardığı hərbi əməliyyatlar və ortaya qoyduğu mövqe regional güclər kimi İranı, qlobal güc kimi Rusiya və ABŞ-ı onunla hesablaşmağa məcbur edir. Bu gün həmin regionlarda yalnız Türk Silahlı Qüvvələri deyil, həmçinin Türkiyənin Qızıl Ay humanitar yardım cəmiyyəti də fəaliyyət göstərir.

Samir Hümbətov, “Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi ekspert.