Tibb Universitetinin kafedra müdiri Kamal Kəbirlinski vəfat edib

Azərbaycan Tibb Universitetinin (ATU) Bədən tərbiyəsi və idman kafedrasının müdiri (Təbib idman klubu), "Tərəqqi" medalıçısı, Prezident təqaüdçüsü, professor Kamal Əkbər oğlu Kəbirlinski dünyasını dəyişib. 

Tibb Universitetindən APA-ya verilən məlumata görə, professor Kamal Kəbirlinski 1969-cu ildən ATU-nun Bədən Tərbiyəsi və İdman Kafedrasına rəhbərlik edib. 

Qeyd edilib ki, o, yüzlərlə elmi-məqalələrin, tezislərin, monoqrafiyaların, dərslik vəsaitlərinin müəllifi olub.