Tarix institutundan alimin səhhəti ilə bağlı açıqlama: Diqqətdə saxlayırıq! 

"AMEA Tarix institutunun rəhbərliyi və institutun əməkdaşları həmkarları - tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimlinin səhhəti ilə bağlı hər bir məsələni diqqət mərkəzində saxlayır".
Bu barədə "Sherg.az"a sözügedən institutun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Məlumatda qeyd olunub ki, oyektiv səbəblər üzündən onunla görüşmək mümkün olmadığından, ailə üzvləri ilə ünsiyyət qurulub: "Tarix institutu Dilavər Əzimlinin tezliklə sağlamlığına qovuşması üçün bütün imkanlarından istifadə etməyə hazırdır".