Borçalı türklərinin dərdi var:“Narkotacirlər uşaqları da..."

“Soğanlıq, narkoticarətçilərin yuvasıdı”

 “Hüquq- mühafizə orqanları belə mafiyalara qarşı mübarizə aparır və zaman-zaman onları zərərsizləşdirir”

 
“Borçalıdakı soydaşlarımızın problemləri var. Bütün ölkəyə xas problemlərdən başqa regionun öz çətinlikləri də mövcuddur. Ayrı-seçkilik münasibəti də inkar eləməyək. Mənə elə gəlir ki, Azərbaycan Prezidentinə Borçalı haqqında dəqiq məlumatlar verilsə, bir çox problemlər həllini tapar. Dəqiq məlumat verilmir”.



Bu sözləri pediatr Vaqif Qarayev öz Feysbuk hesabında yazıb. O qeyd edib:

“Gəlirəm mətləbə. Tiflisə bitişik qəsəbə var- Soğanlıq. Narkoticarətçilərin yuvasıdı. Hökumət illərdir, onlarla bacarmır. İndi məlumat yayılır ki, narkotik ticarətinə kiçik yaşlı uşaqları da qoşurlar. Bu məsələdə də hökuməti qınayaq? Nə qədər gənc azərbaycanlıları həbs ediblər, yenə özlərinə gəlmirlər...”.



 “Borçalı” İctimai Birliyinin sədri, həkim Zəlimxan Məmmədli “Sherg.az”a açıqlamasında sözügedən iddialara münasibət bildirdi:

“Tam təfsilatı ilə xəbərim olmasa da, belə hadisələrdən məlumatlıyam. Əlbəttə, təəssüfləndiricidir. Hüquq- mühafizə orqanları belə mafiyalara qarşı mübarizə aparır və zaman-zaman onları zərərsizləşdirir”.