Qənirə Paşayeva müharibədə iştirak etmiş mədəniyyət işçiləri ilə görüşüb - Foto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsində iştirak etmiş mədəniyyət işçiləri - Rastropoviçlər Muzeyinin əməkdaşı Vüqar Məmmədzadə və ADMİU-nun video mexaniki Azər Həsənovla görüşüb, döyüş yolu və qayğıları ilə yaxından maraqlanıb, onları öz cəbhə xatirələrini yazmağa və yeniyetmlərin hərbi-vətənpərvərlik tərbiyəsi işinə töhfələr verməyə çağırıb. 
Qaziləri düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edən Komitə sədri deyib:
“Əziz qazilər,Sizin və cəbhə yoldaşlarınızın fədakarlığı, fəaliyyəti sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub.
Sizin şəhid silahdaşlarınızın qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb.

Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edir, mülki həyatda sizə yeni uğurlar diləyirəm”!
Q.Paşayeva qazilərə Mədəniyyət Komitəsi adından Təbrik və Təşəkkür Məktubu, Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.
Qazilər Komitə sədri ilə öz cəbhə xatirələrini bölüşüb və səmimi görüş üçün təşəkkür edib.