Deputat: “Dəniz mövsümü başlayır, karantin yumşaldıla bilər” - VİDEO

“Qarşıdakı bir-iki həftə ərzində koronavirusun bu dalğasının sönməsi, daha doğrusu, səhiyyəmiz üçün yük yaratmayacaq rəqəmlərə gəlməsi ehtimalı var”.  

Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında deputat Rəşad Mahmudov deyib. O bildirib ki, yoluxma sayı və səhiyyə üzərindəki yük azaldıqca, yumşaldılmalara gedə bilərik:

“Onsuz da bu dalğada hökumət elə də ciddi sərtləşmə tədbirlərinə getmədi. Ümidvaram ki, yayın gəlməsi, dəniz mövsümünün başlaması ilə əlaqədar insanların normal həyata dönməsinə uyğun addımlar atılacaq və qərarlar qəbul ediləcək”./Oxu.Az