FƏRMAN:Bu, QHT-lərin inkişafında mühüm rol oynayacaq”

Prezident İlham Əliyevin 19 aprel 2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ləğv edilib. Şuranın yerinə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb. Ölkə başçısının yeni fərmanı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının tərkibi təsdiq edilib.
dövlət orqanlarından
Quliyev Vüsal İlham oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun böyük məsləhətçisi
Məmmədov İlqar Kamil oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi
Hacıyev Zakir Yusif oğlu – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrinin maliyyəsi şöbəsi müdirinin müavini
qeyri-hökumət təşkilatlarından
Allahverənov Azər Kərim oğlu – “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri
Həsənov Əvəz Yediyar oğlu – “Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədri
İsgəndərov İsrayıl İsa oğlu – “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri
İbrahimov Zaur İbrahim oğlu – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri
Quliyev Azay Əjdər oğlu – “Beynəlxalq Əməkdaşlıq Mərkəzi” İctimai Birliyinin sədri
Mehdiyev Nurəddin Səftər oğlu – “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri
Orucov İlqar Nəcibəddin oğlu – “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti” İctimai Birliyinin sədri
Səfərova Günel Məhərrəm qızı – “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri.


dəyişikliyinin QHT sektoruna nə kimi təsirləri olacaq?

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni “Sherg.az”a bildirib ki, Prezidentin yeni fərmanı QHT-lərin inkişafında mühüm rol oynayacaq:

“Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb. Bu agentliyin yaradılması QHT-lərin, vətəndaş cəmiyyətinin, ölkə ictimaiyyətinin həyatında çox mühüm olan yeni səhifə yaradır. Düşünürəm ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının indiyə qədər əldə etdiyi nailiyyətlər, qazandığı təcrübə və formalaşdırdığı ictimai düşüncə agentliyin timsalında bundan artıq səviyyədə yeni imkanlar qazandı. O təcrübəyə və bazaya əsaslanaraq vətəndaş cəmiyyətinin bundan sonrakı inkişafı ilə əlaqədar çox mühüm bir mərhələ yarandı. Bir müddət gözləməliyik ki, agentlik, onun müşahidə şurası, əsasnaməsi formalaşsın . Bu, bir qədər səbir tələb edir”.

R.Zeyninin sözlərinə görə, vətəndaş cəmiyyətinin bundan sonrakı inkişafı ilə əlaqədar yeni imkanlar açılır:

“Nazirlər Kabineti tərəfindən birbaşa QHT-lərin layihələri, qrant layihələri ilə bağlı standartların müəyyən edilməsi həm agentlik, həm də vətəndaş cəmiyyəti tərəfindən dəyərləndirilməlidir. Bunların hamısından dövlətimizin, cəmiyyətimizin inkişafı üçün səmərəli istifadə olunmalıdır. O cümlədən, ictimai nəzarətin, şəffaflığın artırılması baxımından bu imkanlardan da istifadə etmək lazımdır.

Təbii ki, QHT-lər və vətəndaş cəmiyyəti çoxdan bu agentliyin yaradılması ilə bağlı Prezident fərmanını gözləyirdi ki, yeni imkanları dəyərləndirsin və bundan sonra əməkdaşlığı daha da gücləndirsin.

Həm QHT-ləri, həm də vətəndaş cəmiyyətini yeni agentliyin yaradılması münasibətilə təbrik edirəm. Ölkə Prezidenti tərəfindən bu agentliyin idarə olunması üçün təyin olunacaq müşahidə şurasının üzvlərinə də uğurlar arzulayıram.

İnanıram ki, agentlik, onun müşahidə şurası və rəhbərliyi gələcəkdə ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına yüksək səviyyədə dəstək verəcək və vətəndaş cəmiyyəti də bu imkanlardan bəhrələnəcək”.