Yevlaxda Vətən müharibəsi şəhidinin xatirəsi anıldı - FOTOLAR

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Ağayev İldırım Qafqaz oğlunun ad günü məzarı önündə qeyd edilib. Sonra  tədbir iştirakçıları şəhidin yaşadığı evə gələrək onun valideyinləri ilə söhbət edib, yaxınlarının İldırım Ağayev barədə xatirələri ilə tanış olublar.

Qonaqlar şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək Vətən müharibəsi iştirakçıları  ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırıblar.

Qeyd edilib ki, İldırım Ağayev 2020-ci il noyabrın 7-də Şuşa şəhəri  uğrunda gedən döyüşlərdə qəhrəmanlıq və rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə  "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Görüş zamanı şəhidin ailə üzvləri ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirib və Prezident, Ali Baş Komandan  İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.