Göyçayda şəhidlərin xatirəsinə inşa edilmiş bulağın açılışı olub - FOTO

Mayın 13-də Göyçay Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər və gənclər Ramazan bayramı münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib, Vətən oğullarının məzarı üstünə gül dəstələri düzüblər.


APA-nın yerli bürosunun xəbərinə görə, ictimaiyyət nümayəndələri əvvəlcə Göyçay şəhərində, Çərəkə və Ərəbcəbirli kəndlərində şəhidlərin məzarını ziyarət edib, sonra şəhərin Nizami küçəsində şəhid polkovnik-leytenant Vidadi Xəlilovun və Bığır kəndində şəhid Qüdrət Əzizovun xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilmiş bulaq abidə komplekslərinin açılışında iştirak ediblər.

Şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, onların ruhuna dualar oxunub.