Ermənistanda qiyamət qopub


Üst-üstə qalanan əsgər cəsədləri ölkəni ayağa qaldırdı


İrəvandakı morqda çəkilmiş fotolar ölkəni ayağa qaldırıb. Türkiyənin “Milliyyet. com” saytında yer alan xəbərdə bildirilir ki, morqda əsgər cəsədləri üst-üstə qalanıb. Fotoların yayılmasıyla əsgər ailələri etiraz aksiyası keçirib yolu kəsiblər. Məlum olduğu kimi Azərbaycan Ordusu erməni terrorçuların sərhədi keçmək cəhdinin qarşısını alıb. Məlum hadisə Ermənistanda da çaxnaşmalara səbəb olub, rəsmi İrəvan isə morqda çəkilmiş görüntülərə görə əsgər ailələrindən üzr istəyib.

Ermənistan Səhiyyə Nazirliyinin rəsmisi Anahit Avanesyan 44 günlük Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən döyüşərək həlak olmuş əsgərlərin cəsədlərinin üst-üstə qoyulduğunu göstərən fotolara görə üzr dilədi. Əsgərlərin ailələrinə səslənən A.Avanesyan cəsədlərin və cəsəd parçalarının tibbi müayinə üçün daşınması və saxlanması müddətində xətalara yol verildiyini etiraf edib. Fotolardan görünür ki, əsgər cəsədləri və cəsəd parçaları plastik torbalara yığılıb. Bu fotolar Ermənistanda zəlzələ effekti yaradıb. Tibbi ekspertiza əməkdaşları işdən çıxarılıb, prokurorluq istintaqa başlayıb. Əsgər ailələri isə etiraz aksiyalarına başlayıb. Etirazçılar İrəvanın Heratsi prospektində yolu bağlayıblar. Əsgər yaxınları 200-dən artıq cəsədin sənaye tipli soyuducular da daxil olmaqla müxtəlif yerlərdə gizlədilərək saxlandığını deyir.  Rəsmi olaraq Ermənistan 44 günlük müharibədə 3 min 29 əsgərin həlak olduğunu açıqlayıb, itkinlər barədə isə hələ də rəsmi açıqlama verilmir.