Leysan və dolu Şəkidə elektrik naqilləri qırdı, qaz xəttlərinə ziyan vurdu


Axşam saatlarından etibarən şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Şəki rayonunun Aşağı Göynük və ətraf kəndlərinə küləklə müşahidə olunan güclü dolu yağıb. Dolu meyvə ağaclarına, o cümlədən fərdi təsərrüfatlara ciddi ziyan vurub. Güclü külək nəticəsində iri gövdəli ağaclar kökündən çıxıb, elektrik naqilləri qırılıb, qaz xəttlərinə ziyan dəyib.

Hazırda Aşağı Göynük kəndinə elektrik enerjisinin və mavi yanacağın verilişi dayandırılıb.