Ağadadaş Ağayevlə bağlı üzücü XƏBƏR: "Yenə əməliyyat..."

Xərçəng xəstəliyindən əziyyət çəkən xalq artisti Ağadadaş Ağayev növbəti dəfə əməliyyat olunacaq.
“Sherg.az” xəbər verir ki, bu barədə aparıcı Nuran Hüseynov(Hacı Nuran) məlumat yayıb. O  İnstaqram profilində bunları yazıb:
“Hazırda qəlbim Ağadadaşın yanındadır. Çünki qardaşım sabah yenidən əməliyyat olunacaq. Düz bir ay onunla idim.  Bu mənim vəfa borcumdur. Onun həyat eşqi məndə təəccüb doğurdu. Əslində mənim o xəstəliklə mücadilə apardığıı hamı bilir. Hətta mən belə onun qədər həyat dolu deyildim. İstanbulda ona hər gün baş çəkirdim. Hər dəfə Ağadadaş məni musiqi ilə qarşılayırdı. Düşünürdüm ki, onun motivasiyası musiqidir. Sabah qardaşım yenidən əməliyyat masasına uzanacaq. Ötən dəfə düz 5 saat əməliyyat keçirdi. Onun üçün doğmaları, ailəsi, mən və bütün Azərbaycan xalqı dua etdi. Yenə sizin dualarınıza ehtiyacı var.  İnanıram ki, o bu dəfə də əməliyyatdan alnıaçıq, salamat çıxacaq. Həyatın bütün sınaqlarından çıxdığı kimi...”.