Ermənistanda iki hərbi hissənin komandirləri barəsində xidməti araşdırma təyin olunub.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Qeyd olunur ki, aparılacaq araşdırma zamanı polkovniklər – Tadevosyan və Qevorkyanın vəzifə səlahiyyətləri müvəqqəti olaraq dayandırılıb.
Ermənistan müxalifəti sözügedən hərbçilərin baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanı dəstəkləməkdən imtina etdikləri üçün müvafiq qərar qəbul edildiyini bildirib.