“Patı” niyə müharibədən sonra kütləviləşdi? - “Böyük güclərin maraqları..."

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyatlar həyata keçirilib. Müxtəlif yerlərdə həyata keçirilən əməliyyat zamanı saxlanılanlar olub. Müxtəlif iddiala görə müharibədən sonra narkotik maddələrin ölkəmizdə bu qədər kütləviləşməsi təsadüfi deyil...

 Sabiq MTN zabiti Sülhəddin Əkbər “Sherg.az” a açıqlamasında məsələyə aydınlıq gətirdi:

“Son bu vaxtlar bu məsələnin niyə kütləviləşdiyini bilmirəm. Məlum olduğu kimi, narkotik maddələr böyük güclərin əlindədir. Ola bilsin, onların arasında hansısa rəqabət yaranıb, maraqlar toqquşub. Amma dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da narkotik maddələrin qanunsuz dövriyyəsi hər zaman olub. Və bu tendensiya, təəssüf ki, tədricən artır”.