Ağstafada karantin qaydaları pozulub

Ağstafada karantin qaydalarına zidd olaraq artıq sayda və tibbi maska istifadə edilməyən nişan mərasimi aşkar edilib.

Bu barədə DİN əməkdaşı Eşqın Qasımov APA-nın yerli bürosuna bildirib.

"Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları karantin qaydalarına nəzarət etmək məqsədi ilə inzibati ərazilərində xidmət aparan zaman Dağ Kəsəmən kəndində karantin qaydalarına zidd olaraq artıq sayda və tibbi maska istifadə edilməyən nişan mərasimi aşkar edilib. Mərasim təşkilatçısı barədə inzibati protokol tərtib edilib", - E. Qasımov bildirib.