Karantin rejiminin qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub

Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Novo-Saratovka kəndində karantin rejiminin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, kənd sakini 50 nəfərdən artıq qonaq çağırmaqla övladına kiçik toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.