Zelenskidən müharibə anonsu: “Bu, Moskvanın ən böyük səhvi olar”

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə genişmiqyaslı müharibənin gözlənildiyini deyib. Bu barədə “Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir. “Belə bir ehtimal var. Amma bu, Moskvanın ən böyük səhvi olar. Bundan sonra Rusiya, Ukrayna və Belarus arasında heç bir vaxt qonşuluq olmayacaq”- deyə, dövlət başçısı bildirib. Onun fikrincə, dövlətlər Moskvanın media sahəsindəki hərəkətlərinə görə düşmənə çevriliblər.
 Xatırladaq ki, tərəflər arasında münasibətlər 2014-cü ildə Krım və Donbasla bağlı hadisələrdən sonra pisləşib.