550 canlının yuvası oldular

"Müalicə etmədimsə yata bilmirəm"
 
“Mələklər Şəhəri” Küçə Heyvanlarını Qoruma Dərnəyi şəxsi imkanlarıyla küçə heyvanları üçün sığınacaq təşkil edib. Sığınacaqda yardıma möhtac heyvanlar yalnız bəslənmir, həm də müalicə olunurlar. “Şərq” “Milliyyet.com”a istinadən bildirir ki, dərnəyin başqanı Koray Öztaş dərnək üzvləri və yardımsevərlərin dəstəyi sayəsində daha çox küçə heyvanını bəsləyə biləcəklərini düşünür. K.Öztaş dərnəyin fəaliyyətini anladıb və qeyd edib  ki, dərnək fəaliyyətə başlamadan öncə də küçədəki heyvanları qidalandırır, xəstə olanları müalicə etdirirmiş. 

Bir dəfə küçə itini sığınacağa təhvil verərkən sığınacaqların həqiqi fəaliyyəti ilə tanış olmaq fürsəti əldə edib. Sığınacaq könüllüsü kimi çalışmağa başlayıb. Bu sığınacaq yaşadığı əraziyə məsafəcə uzaq olduğundan yaxın bir yerdə sığınacaq təşkil etmık qərarına gəlib. Silivri-Çatalca bölgəsində ərazi kirayələyiblər. İlk zamanlar 40 küçə heyvanı saxlanıb sığınacaqda, indi isə heyvanların sayı 550-dir. Dərnək 550 cana sahib çıxıb. K.Öztaş məqsədlərinin küçə heyvanlarının qorunması, qidalandırılması olduğunu deyir: “Xüsusən bunu demək istəyirəm ki, hər bir canlının, o cümlədən də küçə heyvanlarının yaşamaq haqqı var. Məqsədimiz cəmiyyətdə heyvanlara sevgini artırmaqdır”. 

Dərnək heyvanlara sahib çıxmaqla yanaşı, ölkə daxilində, həm də xarici ölkələrdən heyvanlara sahib olmaq istəyənlərlə əlaqə yaradır və uyğun görüldüyündə heyvanları yeni sahiblərinə təslim edirlər. Dərnək fəaliyyətini üzvlərin və yardımsevərlərin ianələri hesabına davam etdirir. 

Bu çox çətindir, çünki üzvlərin sayı elə də çox deyil. Bu baxımdan dərnək heyvanlara qulluq göstərilməsində çətinlik çəkir. Buna baxmayaraq daha bir canı qorumaq üçün əllərindən gələni edirlər. K.Öztaş “cəmiyyətdə, təəssüf ki, “heyvana verəcəyiniz dəyəri insana verin” düşüncəsi ilə yaşayanlar var. Bu yanlış fikrə qarşı mücadilə aparan dərnək olaraq demək istəyirəm ki, Yaradana hörmət, Yaradana xatir hər canlının doyunca yemək və nəfəs almağa haqqı var. Səhv fikirdə olanlar danışa bilməyən dostlarımızla ünsiyyət qurmaqda çətinlik çəkənlərdir”.  

Məlahət