Aparıcı gileyləndi:"Bir şagirdi az qala səkkiz adam yola salır" 

Oğlunu birinci sinifə yola salan aparıcı Aytən Səfərova məktəbin qaşrısındakı izdihamdan şikayət edib.
“Sherg.az” xəbər verir ki,  həmkarımız bununla bağlı İnstaqram hesabında video yayımlayıb. O, bildirib ki, bir uşağı yola salmağa 8 nəfər gəlib:
“Həmişə düz danışmışam. Yenə də doğrusunu deyirəm. Müəllimləri qınamayın, bir şagirdi az qala səkkiz adam yola salır. Sonra da deyirlər ki, izdihamda dayanıb gözləyirik. Əlbəttə, gözləyəcəksiniz! Olmaz belə etmək! Uşaqların zehni açıq olsun, hamıya uğurlar arzulayıram. Ümid edirəm ki, pandemiya bitəcək və uşaqlarımız normal təhsil alacaqlar”.

Samirə