“Sonuncu şam yeməyi”ni həzm edə bilməyənlər cahillərdir - Elşad Miri
11:52 18.01.2022
Cəmiyyət
1637
"Əlixan Rəcəbova çəkinmədən, hansısa din xadiminin iradlarına əhəmiyyət vermədən xurafatı işıqlandırmağa davam etməsini arzu edirəm"
Rejissor və aktyor Əlixan Rəcəbovun ideya müəllifi olduğu “Sonuncu şam yeməyi” filmi müzakirələrə səbəb olub. Bir qrup inanclı insan iddia edib ki, filmdə əks olunan yas mərasimində dinimiz məqsədli şəkildə gülüş obyektinə çevrilib. Onların fikrincə, ekran işi dini adət-ənənələrimizi aşağılayıb, xurafatı deyil, birbaşa şəriəti hədəf alıb.
Digərləri isə satiranın bir qədər aşırı formasının seçildiyi qənaətinə gəliblər. Qeyd edək ki, filmdə yer alan simalar kifayət qədər populyar və kino arenasında sözünü demiş şəxslərdir. Onlar arasında Şamil Süleymanov, Taleh Yüzbəyov, Bəhram Bağırzadə, Azər Aydəmir və digər tanınmışlar var. Ötən gün ilahiyyatçı Hacı Şahin Həsənli kino ilə bağlı narazılıqlara münasibət bildirərkən filmin yaradıcıları ilə görüşdüyünü və fikir mübadiləsi apardığını deyib. İlahiyyatçının sözlərinə görə, yaradıcı insanlarla, açıq düşüncəli gənclərlə ünsiyyət istənilən halda faydalıdır: “Əlixan Rəcəbov və gənc həmkarı İbrahim Heydərov ilə görüşümüzü faydalı hesab edirəm. Fikir mübadiləsi zamanı ortaq mövqeyimiz bu oldu ki, xurafatla mübarizə aparmaq lazımdır”. Hacı Şahin Həsənli əlavə edib ki, insanların mənəvi mövzularda diqqətli və həssas olması təbii və başadüşüləndir.
“Sonuncu şam yeməyi” filmi ilə bağlı cəmiyyətdə gedən müzakirələrə ilahiyyatçı-alim Elşad Miri də münasibətini açıqlayıb. İlahiyyatçı feysbuk hesabında bunları yazıb:
“Aktyor Əlixan Rəcəbovun “Sonuncu şam yeməyi” filminin islama qarşı olduğunu iddia ediblər. Yaxşı ki, xristianlar bunu Yuhanna İncilində təsvir edilən İsanın sonuncu şam yeməyi ilə əlaqələndirib bum qaldırmayıblar. Yaxşı ki, rəssamlar da Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” ilə əlaqə qurub çəkdikləri rəsm tablolarını yandırmayıblar. Lakin islam “mücahidləri” Rəcəbovun “Sonuncu şam yeməyi” filminə qarşı çıxıblar. Etirazlarını islamla əlaqəli düzgün film çəkərək nümayiş etdiriblər desəm, yalan olar. Çünki bu cür aktyorları və senaristləri yoxdur. Onlar dindar yox, dini dar olanlardır. Dinin yox, mövhumatın, xurafatın təmsilçiləridirlər. Əlixan Rəcəbovu tanımasam da, sosial şəbəkələrdəki filmlərinə baxmışam. İnsanı vicdanıyla üzləşdirən məqamlarının çox təsiredici olduğuna şahid olmuşam. Lakin vicdanın nə olduğunu bilməyənlərin və onların nümayəndələrinin inhisarçılığına maarifləndirici sehirli çubuqla müdaxilə etməsinin etirazlara səbəb olacağı gözlənilən idi. Filmdə uzun illərdir insanların cavab axtardığı, lakin mənasını və məntiqini başa düşmədikləri bir çox məsələ kinayəli tərzdə nümayiş etdirilir”.
E.Mirinin sözlərinə görə, aktyorun etirazlara cavab yazması cəmiyyətin dindar anlayışının intellektual “səviyyə”sinin üzərinə düşən asteroiddir:
“Aktyorun “arzulayıram ki, heç bir müəllif sonra öz filmini izah etməyə məcbur olmasın” sözləri əslində, çox ağır və tikanlıdır. Filmin mistikasını, məğzini açdırmaq yaradıcı insana ağır zərbədir. Sekulyarlaşan dünyamızda, kapitalizm nəzərindən yanaşılan münasibətlərdə aktyorun ölümü xatırlatması və bunu da müxtəlif çalarla göstərməsi möhtəşəm yanaşmadır. Mollalığı müasirləşdirməsi, fars ləhcəsini ruslaşdırıb təqdim etməsi alqışlanacaq məqamlardır. Əlixan Rəcəbova çəkinmədən, hansısa din xadiminin iradlarına əhəmiyyət vermədən cəmiyyətdəki bu və digər mövhumatı, xurafatı işıqlandırmağa davam etməsini arzu edirəm. Bilsin ki, heç islamda din xadimi anlayışı, peşəsi yoxdur. Şeyx nəsrullahların qarşısında kefli isgəndərlər kimi əzilərək tərki-dünya olmaq deyil, Makedoniyalı İsgəndər kimi cəsarətli olmaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nepalda vəhşi fil eyni ailənin daha iki üzvünü öldürdü
12:11 11.07.2026
Hadisə
Tehranda partlayış səslərinin səbəbi məlum oldu - YENİLƏNDİ
11:44 11.07.2026
Region
CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır
11:37 11.07.2026
Region
Tehranda partlayış səsləri eşidildi
11:33 11.07.2026
Dünya
Dərman qəbulunda edilən səhv
11:17 11.07.2026
Sağlamlıq
Azərbaycan lideri Monqolustan Prezidentinə təbrik ünvanlayıb
11:06 11.07.2026
Gündəm
Neft bahalaşdı
10:34 11.07.2026
İqtisadiyyat
Rusiyaya zərbələr üçün xüsusi komandanlıq yaradıldı
10:25 11.07.2026
Gündəm
Azarov: Ukraynada siyasi terror qurbanlarının sayı 150-ni keçib
10:04 11.07.2026
Dünya
Mayamidəki milyonluq mənzilini 1 dollara satdı
09:07 11.07.2026
Şou
Fidan: S-400 məsələsinin həlli üçün Rusiya ilə danışıqlar vacibdir
08:37 11.07.2026
Dünya
Hamiləlik xəbərlərini yalanladı
07:50 11.07.2026
Şou
Xoruldamaq nə vaxt təhlükəli hesab olunur?
07:17 11.07.2026
Sağlamlıq
Yeni telefon batareyaları yaradılır - Enerji bitməyəcək
06:36 11.07.2026
Texnologiya
Zelenskiyə müxtəlif vasitələrlə təsir göstərirlər - Patruşev
06:01 11.07.2026
Aktual