İtirdiyi bilet tapdı, 3 milyon dollar mükafat qazandı

Laura Spirs "Miçiqan Lotereya" saytında 31 dekabr 2021-ci il tirajı üçün bilet alıb. Lakin mükafatın ona gələcəyini düşünməyən Spirs sonradan bu bileti unudub. "Sherg.az" "HaberTürk"ə istinadən xəbər verir ki, keçən həftə Spears başqa bir e-poçt üçün spam qovluğuna baxarkən təsadüfən 3 milyon dollar mükafat qazandığını öyrənib.

"Miçiqan Lotereya" rəsmiləri ilə danışan Spears Feysbukda "Mega Millions" Cek Potunun kifayət qədər artdığını bildirən bir elan gördüyünü bildirib:

"Hesabıma daxil oldum və bilet aldım. Bir müddət sonra çatışmayan email axtarırdım. Ona görə də e-poçt hesabımdakı spam qovluğunu yoxladım. Bu zaman mən lotereya uduşu qazandığımı bildirən məlumat gördüm. 

Oxuduqlarıma inana bilmədim və mesajı təsdiqləmək üçün lotereya hesabıma daxil oldum. Bütün bunlar hələ də məni şoka salır. Mən həqiqətən 3 milyon dollar qazandığıma inana bilmirəm”.

Mükafatını keçən həftə lotereya mərkəzindən alan Spirs uduşunu ailəsi ilə bölüşməyi və erkən təqaüdə çıxmağı planlaşdırdığını deyib.

Cəmilə ƏZİM