DSX: "İranla sərhədin azad olunmuş hissəsində narkotrafikə ciddi zərbə endirilib"

Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş 132 km-lik hissəsi Azərbaycan sərhədçiləri tərəfindən nəzarət altına götürülüb, bu istiqamətdə sərhəd mühafizə infrastrukturunun bərpa olunması sayəsində əvvəlki dövrlərdə bu ərazilərdən keçən narkotrafikə ciddi zərbə endirilib.

Bu barədə “Report”a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan-Rusiya dövlət sərhədində demarkasiya işləri davam etdirilib, hal-hazıradək 178 ədəd sərhəd nişanı quraşdırılıb.

"Azərbaycanın dəniz təhlükəsizliyi strategiyasına uyğun olaraq dənizdə neft-qaz infrastrukturunun mühafizəsi məqsədilə DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkanları gücləndirilib, gəmilərin idarəetmə heyətlərinin peşəkarlığı təkmilləşdirilib, dəniz yolu ilə narkotik qaçaqmalçılarına qarşı effektiv mübarizə aparılıb", - məlumatdaq qeyd dilib.